22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yeni növ yüklərin nəqlinə başlayıb. Bu dəfə şirkət Türkiyədən Azərbaycanın müxtəlif bölgələrinə yüklərin daşınmasına start verib.

MMC-dən bildirilib ki, “ADY Express” Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birgə polad və plastmas borular, beton dirəkləri Türkiyədən Azərbaycana nəql etməyə müvəffəq olub. 250 ton polad boru 26 yarımvaqonda Bakı-Tbilisi-Qars dəmir yolundan keçməklə Türkiyədən Gəncə şəhərinə daşınıb. 100 ton plastmas boru 11 platformaya yüklənərək Türkiyədən Şəmkirə nəql edilib. 600 ton beton dirək isə 10 yarımvaqonda BTQ vasitəsilə Türkiyədən Abşeron rayonuna çatdırılıb.

Bütün yüklərin çatdırılma vaxtı (tranzit vaxtı) 3 gün təşkil edib. Yüklər Türkiyədən Gürcüstanın Axalkalaki stansiyasına çatdırılaraq burada vaqonlarda təkər arabacıqların dəyişdirilməsi əməliyyatından sonra Azərbaycana yola salınıb.

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə bu növ yüklərin daşınmasının davamlı olacağı nəzərdə tutulub. BTQ dəmir yolunun yaratdığı imkanlar, yük sahiblərinə bu yolla məhsullarının daşınmasına şərait yaradaraq yüklərin nəqlini daha rahat, sürətli və təhlükəsiz edir.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?