12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət davam etdirilir

Zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət davam etdirilir

İqtisadiyyat Nazirliyinin iyunun 16-da keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonu ərazisində yerləşən “Aran market”də, “Qəbələ restoranı”nda, Bayram Məmmədova məxsus “Kafe”də, Yusif Əliyevə məxsus “Avto salon”da, Yasamal rayonunda “Telefon aksesuar” mağazasında, “Maxsimums çay evi”ndə, “Kəhraba restoranı”nda, Nəsimi rayonunda “28 May” Ticarət Mərkəzində “Mobil aksesuarlar”, “Kitab ləvazimatları” mağazalarında, Xalid Hüseynzadəyə məxsus “Mağaza”da, Yaşar Əliyevin “Rəssamlıq” xidmət obyektində, Xətai rayonunda “İki dost kafe”də, Kamalə Əliyevaya məxsus “Kosmetik vasitələr”, Esmira Məmmədovaya məxsus “Dondurma satışı” mağazalarında, Səbail rayonunda “Domik”, “Kompüter avadanlığı” mağazalarında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda Xaqani Həmzəyevə və Tərxan Soltanlıya məxsus “Mağaza”larda, İlham Şumalova məxsus “Kafe”də, Mingçevirdə “Nur Butir”, “Elitar”, “Ayaqqabı Satışı”, “Style geyim”, “Türk Xalça”, “Geyim” mağazalarında, Yusif Abbasova məxsus “Dönər”də, Abşeron rayonunda “Paşa döner”də, Zabit Həsənova məxsus “Balıq kafesi”ndə, Füzuli rayonunda Samir Hüseynova məxsus dəftərxana ləvazimatlarının, Rəşad Əhmədova məxsus telefon, Oktay Hüseynova məxsus tikinti materiallarının satışı mağazalarında, Masallı rayonunda “Ağa market”də, “Optimal Electronics” mağazasında, Habil Əzimova məxsus “Kitab evi”ndə, Qəbələ rayonunda “Günəş-Yeni Market”də, Osman Ağayevə məxsus “Ət dükanı”nda, Cümşüd Əzimova məxsus “Qızıl mağazası”nda, “Türk dönər”də, Xaçmaz rayonunda "Buşra Butik”, "Mona Liza" mağazalarında, "İSOT №1" ictimai iaşə obyektində, Şamaxı rayonunda “Rəşad Market”də, İlqar Məmmədova məxsus “Tikinti materialları” mağazasında, Naftalan rayonunda “Naftalan Mall”da, ümumilikdə monitorinqin keçirildiyi 363 obyektdən 147-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 17-dək monitorinq aparılmış 6449 sahibkarlıq subyektindən 2823-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?