12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir

İqtisadiyyat Nazirliyinin xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 13-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda “Mila vitsa mağazası”nda, “Fərid market”də, “Miri Məzi market”də, Yasamal rayonunda “Ama market”də, “Xəzər market”də, “Sizin market”də, “Hicab mağazası”nda, Rəna Əliyeva məxsus “Xırdavat” mağazasında, Xətai rayonunda “Gül dünyası” pərakəndə ticarət obyektində, “Meyvə yarmarkası”nda, Fərəc Süleymanova məxsus “Ət mağazası”nda, Səid Manaflıya məxsus “Şərab evi”ndə, Səbail rayonunda “Ləzzət” və Tural Bağırova məxsus “Toyuq məhsulları” mağazalarında, Füzuli Abbasova məxsus “Kafe”də, Sabunçu rayonunda Məmməd Xudaverdiyeva məxsus “Quru meyvələr” dükanında, Nizami rayonunda “İsgəndər dönər”, “Lyuks dönər” ictimai iaşə obyektlərində, “Sürətli karqo” xidmət obyektində, Gəncədə Elnur Məmmədova məxsus “Fuji Film” xidmət obyektində, “Ay Çiçəyim” gül satışı və xidmət obyektində, “Zoo Gəncə” ticarət obyektində, Şəkidə “Saloon qadın geyimləri mağazası”nda, “Ay işığı kafesi”ndə, Abşeron rayonunda “Cehiz aləmi”, “Fərid inşaat” ticarət və xidmət obyektlərində, Füzuli rayonunda “Əli Market”də, Çərkəz Tağıyevə məxsus tikinti materiallarının satışı mağazasında, Lənkəran rayonunda “Monica ayaqqabı və çanta dükanı”nda, “Oliqarx Denim” mağazasında, “Qala Dönər”də, Ucar rayonunda “Oba market”də, Xaçmaz rayonunda “Seyid market”də, “Tural mağazası”nda, “Bosfor kafesi”ndə, ümumilikdə monitorinq keçirilmiş 327 obyektdən 148-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 16-dək 6086 sahibkarlıq subyektində monitorinq keçirilib və 2676 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?