23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir

İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir

Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyunun 11-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Kəngərli ət mağazası”nda, “İsti çörək”də, “Al market”də, “Şaurma kafesi”ndə, “Park kafe”də, Nəsimi rayonunda “28 May” Ticarət Mərkəzində “77 nömrəli mağaza”da, “Elvis kafe”də, Yasamal rayonunda “Baku Mall”da “Oyuncaq mağazası”nda, “Geyim”, “Aba geyim” və “Sevil Geyim” mağazalarında, Xətai rayonunda “AMAY” Ticarət Mərkəzində “Qlobus Market”də, “Qab qacaq mağazası”nda, “Meyvə satışı” mağazasında, “Reklam xidməti”ndə, Səbail rayonunda “Sahil” Ticarət Mərkəzində “Qızıl mağazası”nda, “Araz market”də, “Şah dönər”də, Sabunçu rayonunda “Uğur qapıları”, “Tikinti materialları” mağazalarında, Rauf Məhərrəmova məxsus “Ət dükanı”nda, Nizami rayonunda “999 Mebel”, “Kafel Metlax”, “Mebel Milay”, “Röyal Mebel “ mağazalarında, “Müşfiq kafe”də, Aydın İsayevin “Dönər evi”ndə, Zəfər Bəylərovun “Bərbər”, Elnarə Seyidovanın “Gözəllik salonu”, "BQ" QSC-nin “Lombard” xidmət obyektlərində, “Aptek 955”də, Cəlilabad rayonunda “Ruzim market”də, “Veteran Market”də, Pərviz Məmmədovun “Market”ində, Füzuli rayonunda Qalib Babayevin pərakəndə ticarət obyektində, Zaməddin Əsədova məxsus “Aptek əczaçılıq”da, Gədəbəy rayonunda “Park Market”də, “Görüş kafesi”ndə, Oğuz rayonunda “Farfor Oğuz – xırdavat mağazası”nda, Xaçmaz rayonunda “Səbuhi market”də, "Çinar kafesi”ndə və Məclum Hacıbəyova məxsus "Oboy evi"ndə, Qobustan rayonunda “Oba Market”də, “Nihad Market”də, Şamaxı rayonunda “Sürücü Market”də”, ümumilikdə monitorinq keçirilmiş 378 obyektin 122-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 12-dək 5376 sahibkarlıq subyektində monitorinq keçirilib və 2373 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?