17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dizel yanacağı və benzin istehsalı artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanda 930,6 min ton dizel yanacağı, 505,9 min ton avtomobil benzini, 131,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 219,9 min ton ağ neft, 38,5 min ton yanacaq mazutu, 10,8 min ton sürtkü yağları, 99,9 min ton neft bitumu və 95,2 min ton neft koksu istehsal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 5 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 295 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 2 faiz artıb.

Neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2 faiz, neft bitumunun istehsalı 37,2 faiz, yanacaq mazutunun istehsalı 17,4 faiz, dizel yanacağının istehsalı 5 faiz, avtomobil benzininin istehsalı 1,2 faiz artıb. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5 faiz, neft koksunun istehsalı 6,7 faiz, ağ neftin istehsalı isə 13,6 faiz azalıb.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri