26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ticarət və xidmət obyektlərində monitorinqlər davam edir

İqtisadiyyat Nazirliyinin xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.

İyunun 10-da keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda “Ayaqqabı satışı MY BREND”, “Ayaqqabı mağazası”, “R & R mağazası”, “Madmazel mağazası”, “Uşaq aləmi” pərakəndə ticarət obyektlərində, "Bərəkət dönər evi"ndə, “Sac dönər evi”ndə, “Aptek Neyron”da, Yasamal rayonunda “Nizami Mall”da “Qadın geyimləri”, “Eley az hədiyyə”, Abasqulu Abasquliyevə məxsus “Parfumeriya” və “MHS” MMC-yə məxsus “Parfumeriya” mağazalarında, Xətai rayonunda “AMAY” Ticarət Mərkəzində Fərid Məmmədova məxsus “Kişi geyimləri”, Sevinc Şərifovanın “Kişi geyimləri” mağazalarında, Təranə Mehdiyevaya məxsus “Geyim dükanı”nda, Xədicə Qasımovanın “Ayaqqabı mağazası”nda, Ceyran Bayramovanın “Geyim dükanı”nda, Səbail rayonunda “Sahil” Ticarət Mərkəzində Şəlalə Qafarovanın “Ayaqqabı mağazası”nda, Rəşad Allahverdiyevin “Geyim mağazası”nda, Qaradağ rayonunda “Binə” Ticarət Mərkəzində Şamil Mirzəyevə, İlham Ağayevə, Anar Abdurəhmanova, Ceyhun Fərzəliyevə məxsus mağazalarda, Sabunçu rayonunda “Az Granata” mağazasında, “Vita Aptek”də, Suraxanı rayonunda “Oba market”də, “Arena Store Market”də, Ağstafa rayonunda “Ağstafa Telekom” mağazasında, “Baba Dönər”də, Qazax rayonunda “Mega Mall” ticarət obyektində, Elxan Əsgərova məxsus “Halal Dönər”də, Lerik rayonunda Fizuli Şərifovun “Ərzaq malları mağazası”nda, “Konica foto”da, “Zirvə Aptek”də, Zaqatala rayonunda “Sizin mobile” mağzasında, “Fəryad kafesi”ndə, “Köz dönər kafesi”ndə, “Dəniz tədris kursları” xidmət obyektində, Füzuli rayonunda Qəhrəman Quliyevə, Rizvan Rəhimova, Şərafət Fərəcovaya məxsus pərakəndə satış mağazalarında, Xaçmaz rayonunda "Vahid çörək” çörək istehsalı və satışı müəssisəsində, "Canalp suvarma sistemləri" mağazasında, "Asiman market”də, Şamaxı rayonunda Seymur Sədrayevin “Tikinti materialları” mağazasında, Şaiq Səfərovun “Market”ində, Ağsu rayonunda “Samir” mağazasında, “Aptek Zeytun 10”da, ümumilikdə, monitorinqin keçirildiyi 343 obyektin 117-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 11-dək 4997 sahibkarlıq subyektində monitorinq keçirilib və 2250 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.

VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub