12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub

İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən İyunun 3-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda “Tər Gül” ticarət mərkəzində 4, Qaradağ rayonunda “Binə” ticarət mərkəzində 14, Nərimanov rayonunda “Gənclik Mall”da 2, Nəsimi rayonunda “28 Mall”da 6 obyektdə, “SSİ retail" MMC-yə məxsus “New Yorker” mağazasında, Suraxanı rayonunda “Cənub Market”də və “Ekonom Market”də, Xəzər rayonunda "OBA Market”də, Mayis Ağayevə məxsus “Telefon aksesuarları” mağazasında, Elnur Quliyevin geyim mağazasında, Gəncə şəhərində Arif Əmirova, Elməddin Həsənova məxsus mağazalarda, “Sahil Dönər” ictimai iaşə obyektində, Mingəçevir şəhərində “Aptek Bəxtiyar”da, Abşeron rayonunda “Rahat Market”də və “Səma Market”də, Xətai Abbasova məxsus “Şərab evi”ndə, Cəlilabad rayonunda “Bizim İnşaat”, “Grand mebel” və Rəsul Məmmədova məxsus mağazalarda, Müşviq Murtuzova məxsus “Oboy evi”ndə, İsmayıllı rayonunda Elvin Mursəliyevə məxsus “Kafe”də, “Bolluq Market” və “Bol Market”də, Qəbələ rayonunda “Çay evi”ndə, “Oğuz dönər” və “Halal dönər”də, Zahid Ağayevə, Turan Əzizliyə, Orxan Soltanova, İldırım Mahmudova, Eynulla Əhmədzadəyə, Fikrət Qaffarova məxsus mağazalarda, Xaçmaz rayonunda "Sədərək", “Cehizlik aləmi” mağazalarında, "Məxməri çay evi”, "Lider dönər evi” ictimai iaşə obyektlərində və sair ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 373 obyektin 156-da zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Qeyd edək ki, mayın 22-dən iyunun 3-dək 3158 sahibkarlıq subyektində monitorinq keçirilib və 1505 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?