26 Sentyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il 560 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac olunub

2018-ci ildə Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (177,4 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 118 milyon dollar) ikinci olub. Siyahıda üçüncü yerdə xurma (114,5 milyon dollar) yer alıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdiyi "İxrac icmalı"nın son buraxılışında qeyd olunur ki, ötən il Azərbaycandan 560 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilib. Plastmas və ondan hazırlanmış məmulatların ixracı 118,6 milyon, alüminium və ondan hazırlanmış məmulatların ixracı 112,2 milyon, elektrik enerjisinin ixracı 65,6 milyon, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı isə 86,2 milyon dollar təşkil edib. Pambıq lifi ixracı 80,5 milyon, kimya sənayesi məhsullarının ixracı 78,1 milyon, pambıq ipliyi ixracı 24 milyon dollar dəyərində olub.

İcmalda qeyd edilir ki, 2017-ci illə müqayisədə ötən il xarici ölkələrə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29 faiz, pambıq ipliyinin ixracı 49 faiz, plastmas və onlardan hazırlanmış məmulatların ixracı 17 faiz, meyvə-tərəvəzin ixracı 11 faiz, qara metallar və onlardan hazırlanmış məmulatların ixracı isə 4 faiz artıb. 2018-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (25,4 milyon dollar) birinci, pomidor (15,2 milyon dollar) ikinci, fındıq ləpəsi (13,4 milyon dollar) isə üçüncü olub.

Elxan SALAHOV

Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ İqtisadiyyatSinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb VergiXaricdən əldə edilən gəlirlər üzrə kameral vergi yoxlamasının müddəti nə qədərdir? İqtisadiyyatSahibkar Vüqar Məmmədov: “Ölkədə sahibkarlıqla məşğul olmaq üçün hər cür şərait yaradılıb” İqtisadiyyatİqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib VergiHansı hallarda ali təhsil alan tələbələrin valideynlərinə vergi güzəşti tətbiq olunur?