16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi qəbul edilib

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi qəbul edilib

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək.

Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Razılığa gələn tərəflərdən hər hansı biri digər razılığa gələn tərəfə bildiriş verməklə növbədənkənar görüş keçirilməsini tələb edə bilər.

Birgə Sazişin müddəalarına uyğun olaraq ona verilən funksiyalardan hər hansı birini həyata keçirə bilər. Razılığa gələn tərəflərdən birinin tələbi və digər razılığa gələn tərəfin təsdiqi əsasında Birgə Komitə bu sazişin icrasına təsir göstərən digər hər hansı bir məsələni araşdıra bilər. Birgə komitə həm də bu sazişə aid olan məsələlərə dair tövsiyələr verə bilər. Birgə komitə fəaliyyəti ilə əlaqədar prosedur qaydalarını ilk iclasında müəyyənləşdirəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minəcək.

Saziş müddətsiz bağlanıb. Saziş razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?