15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi yaradılır

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda Kiçik və Orta Biznesin (KOB) İnkişafı Mərkəzinin fəaliyyətə başlaması üçün təşkilati işlərin həyata keçirilməsi, Mərkəzdə KOB subyektlərinə təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətləri üçün açıq tender elan edib. Tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 5-nə qədər, tender təklifi və onun dəyərinin 2 faizi qədər bank təminatını isə iyunun 16-na qədər KOBİA-nın Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun təchizat şöbəsinin müdiri Nihad Axundovdur (Telefon: (012) 404-04-01).
Tenderin nəticəsi iyunun 17-də, saat 16:00-da dövlət satınalmalarının vahid internet portalında açıqlanacaq. Qalib işi ən geci 1 il müddətində təhvil verməlidir.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?