19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zərgərlik sahəsində böyük yeniliklər gözlənilir

Zərgərlik sahəsində böyük yeniliklər gözlənilir

Keçən həftə dünya bazarında qızılın qiyməti bahalaşaraq 7 ilin maksimumuna çatıb. ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda qızılın 1 unsiyası (31 qramı) 1773 dollara satılıb.

Ekspert Eduard Şamarayevin sözlərinə görə, pandemiya dövründə bütün dünyada investorlar üçün qızıl ən etibarlı yatırıma çevrildi: "Qızılın qiyməti tarixdə ən yüksək həddə 2011-ci ildə çatıb. Həmin vaxt qızılın unsiyasının qiyməti 1900 dolları keçmişdi. Hazırda qızıla tələbin artması onu deməyə əsas verir ki, qiymətlər 2011-ci ildəki rekordu da qıra bilər. Azərbaycanda isə qızılın qiyməti dünya qiymətlərinə nisbətən aşağıdır. Çünki Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qızıl alğı-satqısının azalmasına səbəb olub. Xüsusilə toy mərasimlərinin təxirə salınması zərgərlik məmulatlarının satışını əhəmiyyətli dərəcədə azaldıb. Bizdə qızıl satışı əsasən iri ticarət mərkəzlərində həyata keçirilir. Karantin qaydaları ilə əlaqədar bu obyektlərin bağlı olması da satışlara mənfi təsir edib".

Eduard Şamarayev əlavə edib ki, zərgərlik sahəsində böyük yeniliklər gözlənilir. Xüsusilə idxal edilən qızıla tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması gözlənilir. Bu da Azərbaycanda qızılın qiymətinin xeyli ucuzlaşacağını deməyə əsas verir: "Hazırda xaricdən gətirilən zərgərlik əşyalarına dövlət gömrük rüsumu 49 faizdir, islahatlar çərçivəsində bu dərəcənin 1 faizə endirilməsi təklif olunur. Bu da idxal edilən qızılın təqribən 50 faiz ucuzlaşacağını deməyə əsas verir. Azərbaycanda əyar palatası ləğv olunub, onun yerinə Türkiyədəki təcrübə əsasında ölkəmizdə də əyar evləri açılacaq. İnsanlar asanlıqla qızıl əşyalarını əyar evlərində yoxladıb sata biləcəklər".

Səbuhi TURAN

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?