13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağlanan bankların fiziki və hüquqi şəxslər qarşısında hansı öhdəlikləri var?

İqtisadçı ekspert Samir Əliyev bu sualımıza cavab olaraq bildirib ki, bağlanmış bankların fiziki şəxslər qarşısında öhdəliyi iki formadadır:

1) qorunan əmanətlərin sahibləri;

2) qorunmayan əmanətlərin sahibləri və fərdi sahibkarlar qarşısında öhdəlik.

Qorunan əmanətlərin sahibləri qarşısında öhdəliklər özündə əmanətləri və fiziki şəxslərin cari hesablarını əks etdirir və "Əmanətlərin sığortalanması haqqında" və "Əmanətlərin tam sığortalanması haqqında" qanunlarla tənzimlənir. Bu qanunlara görə, fiziki şəxslər tərəfindən banklara yerləşdirilmiş əmanətlər dövlət tərəfindən qorunur: bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10 faizdən (2020-ci il iyun ayının 1-dən etibarən 12 faizə qaldırılıb – S.Ə.), xarici valyuta üzrə 2,5 faizdən çox olmasın. Bu halda, bank bağlandıqda "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna əsasən, dövlət tərəfindən qorunan əmanətçilərin vəsaitləri tam qaytarılır. Bu Qanunun müddəti 2020-ci il dekabr ayının 4-də bitir. Qanunun müddəti uzadılmayacağı halda "Əmanətlərin sığortalanması haqqında" Qanunun şərtləri qüvvəyə minəcək və kompensasiya məbləği 30 min manatla məhdudlaşacaq.

Qorunmayan əmanət sahibləri və fərdi sahibkarlar qarşısında öhdəliklərə isə əmanətlər (qorunmayan), fərdi sahibkarların cari hesablarlarındakı vəsaitlər, hüquqi şəxslərin depozitləri və cari hesablarındakı vəsaitlər daxildir. Bu öhdəliklər "Banklar haqqında" Qanunun 82-ci maddəsinə əsasən icra olunur və ödəniş növbəliliyinə görə, bu qrup kreditorların vəsaitləri sonuncu yerlərdə gəlir.

Fəxriyyə İKRAMQIZI

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?