23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fermerlərə yazlıq əkinlərinə görə subsidiya ödənişlərinə başlanılıb

Fermerlərə yazlıq əkinlərinə görə subsidiya ödənişlərinə başlanılıb

Yazlıq əkinlərinə görə bəyanları monitorinqdən keçən 17 min fermerə 7 milyon manat ödəniş edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, bu, yazlıq əkinlər üçün edilən ilk ödənişdir.

Qeyd edək ki, bu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarının (fermerlərin) subsidiyalara müraciəti və onlara bu sahədə göstərilən xidmətlər yeni “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə onlayn qaydada həyata keçirilir. Bu günədək EKTİS-də 500 mindən çox fermer qeydiyyatdan keçib. Fermerlərin əkin bəyanlarını düzgün və vaxtında təqdim etmələri onların subsidiya almalarını tezləşdirir.

Qeyd edək ki, EKTİS-də yerləşdirilmiş məlumatlar bir neçə üsulla monitorinq aparmaqla yoxlanılır. Belə ki, əkin sahələri barədə peykdən alınan məlumatlar, yerində monitorinqlər və elektron sistemdə mövcud olan digər sənədlərin yoxlanması fermerlərin subsidiya müraciətlərinin doğruluğunu qiymətləndirmək imkanı verir. Məlumatlarda heç bir yanlışlıq olmaması, subsidiya müraciətinin tez təsdiqlənməsinə və ödənişlərin dərhal edilməsinə imkan verir.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?