19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il aksizlər üzrə büdcə daxilolmalarının 49,6 faizi neft sektorunun payına düşüb

2019-cu ilin dövlət büdcəsində aksizlər üzrə daxilolmalar 982 milyon manat proqnoza qarşı 87 faiz və ya 854,7 milyon manat icra edilib, bu da 2018-ci ilə nisbətən 126,1 milyon manat və ya 17,3 faiz çoxdur.

Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda deyilir. Bildirilir ki, aksizlər üzrə daxil olan vəsaitin 49,6 faizi və ya 424 milyon manatı neft sektorunun, 50,4 faizi və ya 430,7 milyon manatı qeyri-neft sektorunun payına düşüb. 2018-ci illə müqayisədə aksiz vergisi üzrə qeyri-neft sektorundan daxilolmalar 221,9 milyon manat və ya 2,1 dəfə çox olub.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 380 milyon manat proqnoza qarşı 249,6 milyon manat və ya 65,7 faiz icra olunub. Aksizlər üzrə azalma əsasən ölkədaxili neft sektoru və idxal üzrədir. Neft sektoru üzrə aksiz vergisi daxilolmalarının azalmasının əsas səbəbi bir sıra neft məhsullarının çeşidləri üzrə istehsal həcmlərinin dəyişməsi, idxalda aksiz vergisinin azalmasının əsas səbəbi isə tütün məhsullarının idxalının ölkədaxili istehsal ilə əvəz olunması ilə bağlıdır. Belə ki, ölkədaxili qeyri-neft sektoru üzrə aksiz vergisi 100 milyon proqnoza qarşı 181,1 milyon manat və ya nəzərdə tutulduğundan 81,1 milyon manat (1,8 dəfə artıq) çox icra edilib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?