19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Suveren rezervlərdən istifadə milli iqtisadiyyatımızın dayanıqlılığının qorunmasına xidmət edir

Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icra edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı iqtisadi artıma və sahibkarlığa, məşğulluğa və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. İqtisadçı ekspert Elşad Məmmədov Tədbirlər Planının sistemli yanaşmaya əsaslandığını vurğulayıb.

Hazırda sahibkarların kredit öhdəliklərinin dövlət tərəfindən subsidiyalaşdırılması məsələsi gündəmdədir. Dövlətin sahibkarlara 60 faizə qədər subsidiya verməsi müzakirə olunur. Bu hazırkı mürəkkəb iqtisadi şəraitdə olduqca zəruridir. Bununla yanaşı, sahibkarlığa dəstək çərçivəsində həm də fiskal siyasət nöqteyi-nəzərdən bir sıra istiqamətlər üzrə vergi yükünün azaldılmasını nəzərdə tutulub.

İqtisadi cəhətdən fəallığın faktiki olaraq dondurulması şəraitində əhalinin aztəminatlı qruplarının, iş yerlərini itirən təbəqələrinin hər ay birdəfəlik ödənişlərlə təmin olunması mühüm addımdır.

Qeyri-dövlət sektorunda məşğulluqla, konkret desək, əməkhaqqının ödənilməsi ilə bağlı çətinliklər yaranmışdı. Bu problemin həlli istiqamətində dövlət tərəfindən irihəcmli dəstək paketi icra edilməyə başlandı. Bunun nəticəsində əhalinin sosial müdafiəsi müəyyən mənada təmin edilir. Məşğulluqla bağlı problemlərin aradan qaldırılması dövlətin diqqət mərkəzindədir.

Hazırkı şəraitdə makroiqtisadi sabitlik qorunmalıdır. Bu, bütövlükdə milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin qorunması deməkdir və əhalinin geniş təbəqələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Hesab edirəm ki, makroqitisadi sabitliyin qorunması üçün dövlət tərəfindən bütövlükdə iri stimullaşdırlaşdırıcı iqtisadi paketin tətbiq edilməsi olduqca mühüm bir amil kimi qiymətləndirilməlidir. İqtisadi sabitlik dedikdə, bütövlükdə 3,5 milyard manatlıq paketi qeyd etməliyik. Yuxarıda qeyd etdiyim bütün istiqamətlər də elə makroiqtisadi sabitliyə xidmət edən işlər kimi dəyərləndirilməlidir. Bununla yanaşı, makroqitisadi sabitliyin qorunması üçün sistemli yanaşma lazımdır. Həmin yanaşmada bütün qeyd olunan istiqamətlər sinxronlaşdırılmalı və sistemləşdirilməlidir.

Maliyyə sabitliyinin təmin olunması üçün Azərbaycanın suveren rezervlərindən, aktivlərindən daha çox istifadə olunmalıdır. Rezervlərin iqtisadiyyata daxil olması milli iqtisadiyyatımızın dayanıqlığının qorunmasına xidmət edir. Bu, volatil vəziyyətdə fors-major hallarda iqtisadiyyatın, o cümlədən maliyyə seqmentinin sabitliyi üçün dünyada kifayət qədər geniş yayılmış təcrübədir.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?