2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşımalara tələbat sürətlə artır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yaratdığı məlum problemlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətii ilə daşımaların həcminin artmasına səbəb olub.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib. O bildirib ki, xarici ticarətdə BTQ-nin imkanlarına ciddi tələbat yaranıb. Bu xətt daşımaların vaxtında və təhlükəsiz həyata keçirilməsi üçün cəlbedici polad magistraldır.

Nazir deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tutumunu artırmaq üçün işləri sürətlə tamamladıq. Türkiyə-Gürcüstan sərhədinin Türkiyə tərəfindəki Kəndirbaz Stansiyasında BTQ-yə gündəlik əlavə 3500 ton tutum artımı təmin edəcək konteyner köçürmə sistemini quraraq işə saldıq”.

Yeni quraşdırılan terminalın yükdaşımada intensivliyin artmasını təmin etdiyini diqqətə çatdıran nazir deyib ki, bunun sayəsində Qazaxıstan və Azərbaycandan 15 vaqona yüklənmiş 27 konteynerdə 1200 ton mədən, əkinçilik məhsulları və xam maddələr Mersin, Dərincə və Dənizli istiqamətində yola salınıb. Bu xətlə Avropaya tranzit məhsulların da vaxtında daşınması təmin edilir.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?