14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin mənfəətindən köçürülən əvəzsiz vəsaitlərə vergi güzəşti tətbiq edilir

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

İqtisadçı Anar Bayramov yeniliyi şərh edərək bildirib ki, bu güzəşt vəsaiti köçürən hüquqi şəxslərə münasibətdə tətbiq olunur. Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəaları "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.1.1-ci maddəsinə uyğun olaraq bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinə əlavə edilmiş bu maddə həm sahibkarlara, həm də daha çox güzəştə, yardıma, maliyyə resurslarına ehtiyacı olan sosial sferanın inkişafına yardım edən hüquqi şəxslərə dəstək xarakteri daşıyır: "Məlum olduğu kimi, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələri həmişə dövlətin diqqətində olan sahələrdir. Bu maddənin əlavə edilməsi sosial sferanın həmin sahələrinə dəstək vermək istəyən hüquqi şəxslərə də dövlətin dəstəyinin nəticəsidir. Lakin burada məcburi xarakterli məhdudiyyətlər var: köçürülən vəsait mənfəətin 10 faizindən çox olmamalıdır.

Nağd ödənişlərə məhdudiyyətlərin, bəzi hallarda isə qadağaların
tətbiq olunması müasir və qlobal iqtisadiyyatın tələblərindən biridir

Əgər hüquqi şəxs müəssisələrə daha çox vəsait köçürmək istəsə, burada heç bir məhdudiyyət yoxdur. O, müəssisənin sərəncamında qalan bölüşdürülməmiş mənfəət hesabına yardımını edə bilər. Sosial sferanın həmin sahələri mütləq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən konkret meyarlara cavab verməlidir. Əks təqdirdə, bu hal neqativ nəticələrə gətirib çıxara bilər. Məsələn, bir müəssisə daha az vergi ödəmək üçün bu maddəni əsas götürərək meyarlara cavab verməyən hər hansı özünə yaxın təhsil müəssisəsinə vəsait köçürə və faydalana bilər. Bu səbəbdən də vəsaiti alan müəssisə, idarə, təşkilat meyarlara mütləq cavab verməlidir".

İqtisadçı bildirib ki, sonuncu məhdudlaşdırıcı amil vəsaitin nağd qaydada ödənilməsidir: "Son zamanlar nağd pul vəsaitlərinin dövriyyəsinin azaldılması, "kölgə iqtisadiyyatı" ilə mübarizə məqsədilə respublikada nağd ödənişlərə məhdudiyyətlər, bəzi hallarda isə qadağalar tətbiq olunur. Bu isə müasir və qlobal iqtisadiyyatın tələblərindən biridir. Burada yeganə çatışmayan cəhət eyni analoji halın sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara tətbiq edilməməsidir".

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?