16 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"SmartPay" ödəmə sisteminin onlayn platformasına tələbat artıb

Xüsusi karantin rejimi dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məhsulu olan "SmartPay" ödəmə sisteminin onlayn platformasına tələbat artıb.

Nazirlikdən bildirilib ki, bu sistem üzərindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna da ianə köçürmək imkanı yaradılıb.

Bir çox xidmətləri vahid platformada toplayan "SmartPay" ödəniş sistemindən "smartpay.az" saytı üzərindən yararlanmaq mümkündür. Həmçinin Azərbaycanın bütün bölgələrini əhatə edən poçt məntəqələrindəki "SmartPay" terminallarında və poçt şöbələrində əməliyyatçılara yaxınlaşmaqla ödəniş etmək olur. Bu ödəmə sistemi istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinə və mühafizəsinə tam zəmanət verir. Nəzarət mexanizmi sistemdə baş verə biləcək saxta əməliyyatları, icazəsiz hərəkətləri izləmək və anında bloklamaq imkanı təqdim edir.

Ödəniş sistemi tərəfindən mütəmadi monitorinq aparılır. Bu isə müəyyən edilmiş meyarlara uyğun olaraq şübhəli əməliyyatları izləmək və təhlil etmək imkanı yaradır.

Həmçinin istifadəçi diqqətsizliyi tərəfindən yarana biləcək problemin də qarşısını alacaq imkanlar mövcuddur. Belə ki, istifadəçi öz kompüterini və ya mobil cihazını bloka salmadan, yəni elektron cüzdanını açıq qoymaqla təhlükəsizlik qaydasını poza bilər. "SmartPay" ödəmə sistemi bu riskdən qorunmaq üçün elektron cüzdanda birdəfəlik və dinamik şifr sistemi də nəzərdə tutub. İstifadəçi öz elektron cüzdan hesabından bu sistemi dayandıra və ya aktivləşdirə bilər. Ayarlar bütün növ əməliyyatlar üçün nəzərdə tutulub.

İstifadəçilərə ödənişlərin qəbzlərini yaddaşda saxlamaq üçün qeydiyyatdan keçərək şəxsi kabinetdən ödəniş etmək tövsiyə olunur.

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?