18 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Keçən ay İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 8300-dən çox müraciət ünvanlanıb

Apreldə İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə 8300-dən çox müraciət olub.

Nazirlikdən bildirilib ki, "195-2" Çağrı mərkəzinə daxil olan müraciətlər əsasən, ölkəmizdə pandemiyadan zərərçəkmiş sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri, nəzərdə tutulan vergi güzəştləri və tətilləri, tibbi maska və spirtlə təminat, lisenziyaların verilməsi, güzəştli kreditlərin alınması mexanizmi, investisiya təşviqi və təsdiqedici sənədlərin alınması, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Keçən ilin aprelində "195-2" Çağrı mərkəzinə 1884 müraciət olduğu halda, bu ilin eyni ayı üzrə 4 dəfədən çox - 8322 müraciət olub.

Çağrı mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?