10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymәtli kağızlar bazarı iştirakçılarına güzəştlər müəyyən olunub

Koronavirus (COVID-19) pandemiyasının vә bundan irəli gələrək dünya enerji və sәhm bazarlarında baş verən kəskin dalğalanmaların Azәrbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə mәşğulluq məsələlərinə vә sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması istiqamətində Azәrbaycan Respublikası Mәrkəzi Bankının İdarə Heyətinin 2020-ci il 23 aprel tarixli qərarı ilə əlavə dəstəkləyici tədbirlər təsdiq edilib. Bu qərar koronavirus pandemiyasının, həmçinin kapital bazarı iştirakçılarına mәnfi təsirinin azaldılmasını nəzərdə tutur.

Maliyyə bazarlarının tənzimləyici orqanı olan Mərkəzi Bankın qeyd edilən qərarı ilə bağlı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının aprelin 30-da keçirilmiş iclasında qiymәtli kağızlar bazarı iştirakçılarına güzəştlərin verilməsi istiqamətində müvafiq qərar qəbul olunub.

MDM-dən bildirilib ki, həmin qərara əsasən, mayın 1-dən etibarən aşağıdakılar təsbit edilib:

  • Fond birjasında səhmlərin vә istiqrazların təkrar bazarında bağlanan əqdləri habelə repo əməliyyatlarının qeydiyyatı üzrə Milli Depozit Mәrkəzinə ödənilәn tariflər sentyabrın 30-dək ləğv edilir;

  • Fond birjasında dövlət istiqrazları, Mərkəzi Bankın notları vә ipoteka istiqrazları ilә bağlanan təkrar bazar əqdləri üzrә hesablaşmalar sentyabrın 30-dək “T+1” rejimindən “T+0” rejiminə keçirilir.
VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?