19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın dəstəyi ilə yeni layihə - "Çiçəklənən Abşeron"

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Bakı Abadlıq Xidməti" MMC birgə yeni layihəyə - "Çiçəklənən Abşeron" layihəsinə başlayıb.

KOBİA-dan bildirilib ki, layihənin məqsədi ölkəmizdə uğurla həyata keçirilən özünüməşğulluq siyasəti çərçivəsində yerli əhalinin daha çox gəlir əldə etməsinə dəstək olmaqla ailə təsərrüfatlarının inkişafına töhfə verməkdir. Bu məqsədlə Abşeron yarımadasında yerləşən kənd və qəsəbələrin sakinlərinə yaşıllıqların artırılması və kənd təsərrüfatı emalı sahəsinin inkişaf etdirilməsi üçün bitkilər (lavanda və bibəriyyə və sair) verilir. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edir. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürülərək yeniləri ilə əvəz olunur.

Artıq KOBİA-nın dəstəyi, “Bakı Abadlıq Xidməti” MMC və "BİRGƏ" MMC-nin koordinasiyası ilə Balaxanı qəsəbəsində yaşayan 2.500 ailəyə 85.000 bitki (lavanda və bibəriyyə) verilib. Ailələrin hər biri layihə çərçivəsində 250-1000 arası bitkiyə qulluq etməkdədir.

"Çiçəklənən Abşeron" layihəsinin növbəti mərhələsi Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zirə qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində qəsəbədə yaşayan 200 ailənin hər birinə 250-1000 arası lavanda və bibəriyyə bitkiləri verilib.

Layihə çərçivəsində becərilən bitkilərin abadlıq işlərində istifadəsi ilə yanaşı, sonrakı mərhələdə emalı, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadəsi, xammal kimi ixracı nəzərdə tutulur.

Koronavirus pandemiyası ilə bağlı mövcud karantin şəraitində "Çiçəklənən Abşeron" layihəsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edəcək və bununla da ailə büdcələrinə dəstək olacaqlar.

Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?