16 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətin sahibkarlar və vətəndaşlar üçün göstərdiyi qayğı yüksək qiymətləndirilir

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) prezidenti Nuran Kərimov Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamını vaxtında atılmış addım kimi qiymətləndirib: "Biz həm zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi üzrə maliyyə yardımını, həm də vergi ödəyicilərinə, fərdi sahibkarlara yardımı yüksək qiymətləndiririk və əminik ki, bu yardım paketi, qanunvericilikdə güzəştlər bununla məhdudlaşmayacaq, yaxın zamanda sahibkarlar üçün əlavə tədbirlər planı da hazırlanacaqdır.

Bütün bu tədbirlərin həyata keçirilməsində hökumətin operativliyi çox önəmlidir. Bu vaxta qədər qərarların tez qəbul olunması baxımından sahibkarlara və vergi ödəyicilərinə yardım göstərilməsi baxımından hökumətin atdığı addımlar təqdiəğrəlayiqdir".

N.Kərimov Amerika Azərbaycan Ticarət Palatasının bu çətin dövrdə həyata keçirdiyi tədbirlərlə bağlı qeyd edib ki, palata üzvləri ilə sıx əlaqə qurulub: "Biz onlayn konfrans vasitəsilə yaranmış vəziyyətdə palata üzvlərinin çətinliklərini öyrənirik, ehtiyaclarını başa düşməyə çalışırıq.
AmCham üzvləri arasında keçirilən yazılı sorğu hər bir kəsin fərdi ehtiyaclarını öyrənməyə və hökumətdən hansı kömək və dəstəyi gözlədiklərini aydınlaşdırmağa kömək edir. Biz, həmçinin palata üzvlərinin də rəy və təkliflərini qəbul edirik. Sorğu yaxın günlərdə tamamlanacaq və nəticəsini hökumətdə olan partnyorlarımızla paylaşacağıq".

Fəxriyyə İKRAMQIZI

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?