7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu ilin əvvəlindən əmək müqavilələrinin sayında 80 min artım olub

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin xidməti olan “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.

Bu sektorda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?