30 May 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İki ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 4,8 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 4 milyard 883 milyon ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ticarət dövriyyəsinin 3 milyard 95,9 milyon dollarını və ya 63,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 1 milyard 787,1 milyon dollarını (36,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 308,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,3 faiz, real ifadədə 14,8 faiz, o cümlədən idxal 34,5 faiz, ixrac isə 1 faiz azalıb.

Bu ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı keçən ilin eyni aylarına nisbətən faktiki qiymətlərlə 5,2 faiz artıb, real ifadədə isə 3,4 faiz azalaraq 295,8 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 45,9 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 6,7 faizini İsrailə, 4,6 faizini Yunanıstana, 3,7 faizini Tunisə, 3,2 faizini Çexiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Rusiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2 faizini Çinə, 1,8 faizini Portuqaliyaya, 11,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (29,8 faiz), Türkiyəyə (25,5 faiz), Gürcüstana (11,8 faiz), İsveçrəyə (9,7 faiz), Çinə (2,6 faiz), İtaliyaya (2,1 faiz), Ukraynaya (1,9 faiz), İrana (1,9 faiz), Qazaxıstana (1,9 faiz), Yunanıstana (1,4 faiz), Almaniyaya (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,7 faizi Çin, 14,3 faizi Rusiya, 14 faizi ABŞ, 13,2 faizi Türkiyə, 5,3 faizi Almaniya, 4,6 faizi İtaliya, 3,4 faizi Ukrayna, 2,9 faizi İran, hər biri 2,2 faiz olmaqla Türkmənistan və Birləşmiş Krallıq, hər biri 1,9 faiz olmaqla Koreya Respublikası və Yaponiya, 1,3 faizi Fransa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var