14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşsiz vətəndaşlarımız, fərdi sahibkarlar üçün nəzərdə tutulan yardım Azərbaycan dövlətinin gücünü göstərir

Prezident İlham Əliyevin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.

Halil Ziya Zaimoğlu, "TÜRKAZ ÇINQIL" MMC-nin direktoru: "Pandemiya şəraitində əhalinin sağlamlığının və eləcə də təhlükəsizliyinin qorunması üçün iqtisadiyyatın bir sıra sahələrində xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması şəraitində Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərini gücləndirir.

Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına çalışır. Bu iqtisadiyyat dövlətin qanunlarına riayət edən, şəffaf fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarətdir. Nəhayət, bu iqtisadiyyatı çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlar təşkil edir.

Biz də dövlətimizin prinsiplərinə sadiqik. Dövlətimiz sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq iş yerlərini ixtisar etməməyə çağırdı. Koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsini, bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edib. Belə həssas dövrdə, sahibkarların sosial öhdəliklərinin qarşılanması çox vacibdir. Biz də dövlətimizin bu qayğısından yararlandıq".

Orxan Əmirxanov, "Azkord" MMC-nin rəhbəri: "Bütün dünyanı bürüyən pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər müqabilində yaranmış vəziyyətə Azərbaycan hökumətinin çevik reaksiyası təqdirəlayiqdir. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

İndi bütün dünyada iqtisadi artım templəri səngiyib. Dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı tam vaxtında atılmış addım oldu.

Azərbaycan hökuməti iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə maddi dəstək verir, məşğulluğun qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün müəssisələrin, sahibkarlarların ayaqda qalmasına çalışır.

Dövlət başçısının sahibkarlara dəstəyindən yararlan bir şirkət olaraq sahibkarlara göstərilən dəstəyə görə ölkə başçısına və hökumətimizə təşəkkür edirik".

Elşad Məmmədli, "Office Lines" MMC-nin direktoru: "Koronavirus (COVID-19) pandemiyası və dünya enerji bazarlarındakı qeyri- sabitlik ölkəmizin iqtisadiyyatına da öz təsirini göstərməyə başlamışdır. Bu təsirin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyinin hazırladığı tədbirlər paketinin martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə edilməsi bizi çox sevindirdi və ümidləndirdi.

"Office Lines" MMC 20 ildir ölkə bazarında iş yeri ləvazimatlarının topdan satışı üzrə korporativ təchizat fəaliyyəti ilə məşğuldur. Yüzlərlə korporativ müştəri, o cümlədən bir çox dövlət müəssisələri ilə bağladığımız müqavilələr əsasında əməkdaşlıq edirik. Son illərdə ölkədə iqtisadiyyatın şəffaflaşdırılması sahəsindəki islahatlar xüsusilə biznes mühitinin sağlamlaşdırılması və ədalətli rəqabət mühitinin genişləndirilməsi bizim kimi şirkətlər üçün çox böyük motivasiya olmuşdur. Xüsusilə əmək münasibətlərinin rəsmiləşdirilməsi üzrə özümüzü nümunəvi vergi ödəyicisi hesab edirik: əməkdaşlarımız 100 faiz rəsmi əmək münasibətləri (94 faiz əmək müqaviləsi, 6 faiz xidmət müqaviləsi) əsasında çalışır və əməkhaqqını 100 faiz rəsmi alır.

Pandemiyanın, ölkə iqtisadiyyatının bir çox sahələrində olduğu kimi, bizim şirkətin də fəaliyyətinə ciddi mənfi təsirləri olmuşdur. Satışlarımız 90 faiz azalmışdır. Bir çox müştərilərimiz fəaliyyətini ya tam dayandırıb, ya da evdən işləmək rejiminə keçiblər. Yüzlərlə debitorumuz ödənişləri gecikdirir və bu səbəblə ciddi likvidlik problemi yaşayırıq. Bu isə kreditorlarımız qarşısında öhdəliklərimizi yerinə yetirməyə, həmçinin əməkdaşlarımızın əməkhaqqını ödəməyə problem yaradır. Mart ayının maaşlarını tam ödəyə bilsək də, aprel ayı üçün ciddi problemlə üzləşəcəyimiz qaçılmazdır.

Aprelin 8-də maliyyə dəstəyi üçün müraciət etdik və beş gün ərzində - aprelin 13-də maliyyə dəstəyi vəsaiti hesabımıza köçürüldü. Bu dəstək, eləcə də işsiz vətəndaşlarımız, fərdi sahibkarlar üçün nəzərdə tutulan yardım Azərbaycan dövlətinin gücünü göstərir. Bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirəm: hökumətimizin, xüsusilə İqtisadiyat Nazirliyinin göstərdiyi peşəkarlıq, çeviklik təqdir edilməlidir. Daha bir vacib məqam isə hakimiyyət vertikalında çevik məlumat dövriyyəsi, qərarların sürətli alınmasıdır. Prezident mart ayının 19-da müvafiq sərəncam imzaladı, 10 gün ərzində tədbirlər planının hazırlanması tamamlandı martın 31-də ölkə başçısına təqdim edildi. Bundan dörd gün sonra Nazirlər Kabinetinin tədbirlər planı təsdiqləndi, qısa müddətdə maliyyə dəstəyi üçün müraciət qaydaları hazırlandı və ictimaiyyətə elan edildi.

Müraciətlərə də operativ reaksiya verilir. Bizim şirkət yardım üçün müraciət edəndən sonra beş gün ərzində maliyyə dəstəyi aldıq.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?