19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı texnikaları üzrə bir kredit borcu olan fermer ikincisini də əldə edə biləcək

Aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması məqsədilə girovsuz mikrokreditlərin verilməsi mexanizmi hazırlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, yeni mexanizm fermerlərin maliyyə vəsaitlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq: "Dövlət başçısının imzaladığı fərmanla Aqrar Kredit və İnkişaf Agentliyinin əsasnaməsinə, eyni zamanda vəsaitlərdən istifadə qaydalarına dəyişikliklər edildi. Bu dəyişikliklər fermerlərimizə iki istiqamətdə yeniliklər vəd edir. Birinci istiqamət, fermerlər üçün əlçatan və girovsuz mikrokredit mexanizminin formalaşması istiqamətində görülən işləri əhatə edir. Digəri isə fermerlərimiz üçün kənd təsərrüfatı texnikalarından istifadənin asanlaşdırılmasını nəzərdə tutur. Artıq kənd təsərrüfatı texnikaları üzrə bir kredit borcu olan fermer ikincisini də əldə edə biləcək. Yeni mexanizm çərçivəsində fermerlərə 15 min manatadək girovsuz mikrokreditlər veriləcək. Bu, fermerlərə mövsümi xərclərin ödənilməsi, eyni zamanda mikro təsərrüfatların qurulması üçün imkanlar yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyinə bu sahədə mikrokreditlərin təşviq olunması məqsədilə əlavə 30 milyon manat məbləğində vəsait ayrılıb ki, agentliyin ilkin hesablamalarına görə bu, təxminən 6 minə qədər insanı əhatə edəcək. Təbii ki, kredit vəsaitləri revolver şəklində təqdim olunduğundan bu vəsait davamlı şəkildə fermerlərimizin xidmətində olacaq. Bundan əlavə, kredit məhsulunda güzəşt müddəti 3 ilə qədər uzadılıb".

Səbuhi TURAN

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?