7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehlak bazarında qiymətlər açıqlanıb

Yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin eyni aylarına nisbətən 103 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 faiz, ötən ilin mart ayına nisbətən 103,3 faiz təşkil edib. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,2 faiz, keçən ilin mart ayına nisbətən 106 faiz təşkil edib.

Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kolbasa məmulatlarının, təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, günəbaxan yağının, süfrə marqarininin, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, sarımsağın, kartofun, çayın, arağın, pivənin və tütün məmulatlarının, ucuzlaşma isə əsasən unun, dondurulmuş balığın, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, bananın, şəkər və şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, ötən ilin mart ayına nisbətən 101,2 faiz təşkil edib. Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma nitro boyaların, divar kağızlarının, polietilen su borularının, kəsilmiş taxtaların, kərpicin, oturacaq və yumşaq mebel dəstlərinin, xalçaların, şirəsıxanların, elektrik çaydanlarının, boşqab, fincan və nəlbəkilərin, tibbi spirtin, tibb termometrlərinin, toz şəklində sintetik yuyucu vasitələrin, minik avtomobilləri üçün akkumulyatorların, ucuzlaşma isə əsasən elektrik plitələrin və fərdi kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bu ilin mart ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100 faiz, keçən ilin mart ayına nisbətən 101,2 faiz təşkil edib.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?