12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan öz maliyyə imkanları hesabına bütün iqtisadi və sosial hədəfləri yerinə yetirməyə qadirdir

Bu gün qlobal pandemiya dünyanın bütün dövlətlərinin iqtisadiyyatına ağır zərbələr vurur, əksər ölkələr iqtisadi və sosial öhdəliklərini yerinə yetirə bilmir və xarici maliyyə institutlarından borc almağa məcbur olur. 150-dən artıq ölkə borc üçün Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edib. Azərbaycanın güclü maliyyə imkanları və dayanıqlı iqtisadiyyatı belə bir çətin günlərdə dövlətimizin bütün iqtisadi və sosial hədəflərini tam yerinə yetirməyə imkan verir.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti sayəsində bu gün qlobal böhran şəraitində belə öz inkişafını qoruyub saxlaya bilib. 2020-ci ilin birinci rübündə ölkəmizin makroiqtisadi göstəricilərində müsbət dinamika qeydə alınıb. Prezidentin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda da bəyan etdiyi kimi, ilin əvvəlindən başlayaraq Azərbaycanda islahatlar davam etdirilib, yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial sahədə müsbət göstəricilər əldə olunub. Ümumi daxili məhsul 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Üç ayda ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri–neft sənaye sektorunda artım 23 faiz təşkil edib. İnflyasiya 3 faiz səviyyəsində olub, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil edib.

Milli Məclisin deputatı vurğulayıb ki, mart ayında dünyanı sarsıdan ağır iqtisadi böhran dünyanın bir parçası olan Azərbaycana da təsir göstərib. Dövlət başçısının birbaşa nəzarətində olan bu məsələ ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi vəziyyətin nəzarət altında saxlanmasına, insanların sağlamlığının və təhlükəsizliyinin qorunmasına imkan yaradıb. Azərbaycan hökumətinin pandemiyanın iqtisadi və sosial sahələrə təsirinin minimallaşdırılması məqsədilə təsdiq edərək icrasına başladığı maliyyə tutumu 2,5 milyard manat olan dəstək paketi region ölkələri arasında ən strateji və əhatəli konsepsiya hesab edilə bilər. Bu proqramlar genişmiqyaslı iqtisadi və sosial paket olmaqla həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq. Dəstək paketi ilə yanaşı, dövlətimiz əlavə tədbirlər üçün də böyük həcmdə maliyyə vəsaitləri ayırmaqla bütün iqtisadi sektorlara davamlı dayaq olacağını nümayiş etdirməkdədir. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb. İlin sonunadək hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu vəsaitlər 2,5 milyard manata daxil deyil və onu göstərir ki, Azərbaycanın maliyyə imkanları hesabına hər bir sahənin problemləri öz həllini tapacaq.

Aydın Hüseynov deyib ki, Azərbaycan sosial dövlətdir və atılan bütün addımların mərkəzində ölkə vətəndaşının rifah halı dayanır. Prezident İlham Əliyevin videokonfransda da bildirdiyi kimi, ölkəmizdə insanların sosial həyatı ilə bağlı bütün zəruri addımlar atılır, 2020-ci ildə bütün sosial proqramlar ən yüksək səviyyədə yerinə yetiriləcək. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Deputat qeyd edib ki, hazırda reallaşdırılan proqramlar hesabına iqtisadiyyatımız öz dayanıqlılığını qoruyub saxlayacaq, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, ölkəmiz bu ağır vəziyyətdən çıxacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?