19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Postkoronavirus: gözləntilər və çətinliklər

"OPEK+" formatında keçirilən görüşlərin nəticələri neftin qiymətinin bundan sonra kəskin enişinin qarşısını almağa xidmət edəcək.

İqtisadçı Elman Sadıqov qeyd edib ki, bunun səbəblərindən biri 2020-ci ilin 2-ci rübündə gündəlik tələbatın orta hesabla 16 milyon barel azalması qarşılığında təklif 9,7 milyon barel azalacaq. İkincisi, tələb artmır, qərarın icrası isə 1 may tarixindən başlayacaq. Digər məsələ anbar və tankerlərin dolu olmasıdır. Amma əsas məsələlərdən biri birjalarda maliyyə əməliyyatları və onların xarakteri, çeşidi və gözləntilərdir.

Proqnozların özünü doğrultma ehtimalları bazara həm neft, həm də siyasi tərəfdən baxıldıqda yüksək olur.

Postkoronavirus dövründəki gözləntilərdən biri budur ki, dünya onlayn iclas, müşavirə, konfranslar keçirə bilirsə və bu alınırsa, əlavə xərclər çəkib bundan ötrü başqa ölkələrə uçmaq nəyə lazımdır? İkincisi, virus 1-2 aya keçəcək, bəs virusun psixoloji təsirləri nə vaxt keçəcək Üçüncüsü, ölkələr tezliklə daxili karantin rejimlərini yumşaldacaqlar, lakin sərhədlər tam və birdən açılmayacaq. Məsələn, Avropa İttifaqı hətta üzv ölkələr arasındakı sərhədləri sentyabr ayına qədər bağlı saxlamağı düşünür. Daxili karantin rejimlərinin hər hansı bir ölkədə uzun müddət saxlanması mümkün deyildir.

Karantin rejimlərinin yumşalması, neftə olan tələbin tədricən artması, istehsalın, nəticədə ixracın azalması neft qiymətlərinin artmını şərtləndirəcək. Vurğulamaq istərdim ki, əsas məsələ koronavirusdan sonrakı mərhələdir. Fiskal və monetar siyasətlərin bəlkə də ən incə və simbioz icrası tələb olunacaq. Ətraf ölkələrin valyutalarının kursları, aqressiv iqtisadi və ticari siyasətlər idxal və istehsal arasındakı balansın qorunmasını aktuallaşdıracaq. Xüsusilə bank sektorunun iqtisadiyyatın bərpasında və inkişafında rolunun effektiv şəkildə artırılması əsas prioritetlərdən biri olacaq.

Fərqanə ALLAHVERDİQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?