25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara onlayn təlim keçilib

Azərbaycan Dövlət İqtisad Universitetində Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı mikro, kiçik və orta sahibkarlar üçün onlayn təlim təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbirə Bakı və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub.

KOBİA-nın sədr müavini Natiq Həsənov bildirib ki, tədbir ölkənin 8 regionunda canlı yayımlanır və 700-800 iş adamının onu izləmək imkanı var. Qeyd olunub ki, təlim zamanı sahibkarlar istədikləri sualı verib, cavab ala bilərlər. Təlimin keyfiyyətinin təmin edilməsi üçün universitetin Distant Mərkəzinin imkanlarından istifadə olunub.

Onlayn təlimə ekspert qismində Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları cəlb olunublar. Mərkəzin nümayəndəsi Rəşad Əliyev bildirib ki, son dəyişikliklərlə Vergi Məcəlləsinə bir sıra yeni anlayışlar əlavə edilib: onlardan biri "innovasiya fəaliyyəti", digəri isə "KOB klaster" anlayışıdır ki, bunlar da KOBİA-nın sertifikat verdiyi şirkətlər olacaq.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?