11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara maliyyə dəstəyi ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyət daşıyır

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər artıb. Azərbaycan hökuməti yaranmış vəziyyətə çevik reaksiya verərək MDB və region ölkələri arasında ən böyük iqtisadi dəstək proqramını hazırlayıb. İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsini ödəyir və bu hazırkı məqamda ölkə iqtisadiyyatının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ruslan Atakişiyev sahibkarları maraqlandıran bir sıra suallara da cavab verib: "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı barədə məlumat qeydiyyatda olan bütün vergi ödəyicilərinin şəxsi elektron kabinetinə, həmçinin onların mobil telefonlarına SMS vasitəsilə göndəriləcək. Vergi ödəyiciləri İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "Əmək ödənişləri üzrə müraciət" altbölməsinə daxil olaraq, buradakı müvafiq altbölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır. Müraciət formasında vergi ödəyicisinin reyestr məlumatları - vergi ödəyicisinin uçotda olduğu vergi orqanının adı, VÖEN-i, aktiv bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları avtomatik əks etdirilir. Sahibkarlar müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, bu fəaliyyət sahələri üzrə 1 aprel 2020-ci il tarixinə aktiv əmək müqaviləsi bildirişlərinə əsasən işçilərin siyahısını, vəsaitin köçürülməsi nəzərdə tutulan bank hesabı barədə əlavə məlumatları onlayn qaydada doldurmalıdırlar. Məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Vergi ödəyicisi məlumatların dəqiq verildiyinə, vergi orqanlarına təqdim etdiyi hesabatlardakı göstəricilərdən fərqli olmamasına diqqət yetirməlidir.

Müraciətin yoxlanılması zamanı sistem vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməsini, müraciət tarixinə işçi sayında azalmaların olmamasını, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi halları yoxlayacaq. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə, məlumatlar avtomatik olaraq qəbul edilir. Vergi ödəyicisinə uçot məlumatları üzrə uyğunsuzluğu aradan qaldırmaq və şəxsi kabineti vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq. Məbləğ iki bərabər hissəyə bölünməklə iki ay ərzində ödəniləcək. Dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə 2020-ci ilin yanvar ayına olan orta aylıq əməkhaqqı, yəni 712 manat əsas meyar kimi götürülür. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq. Məsələn, tutaq ki, vergi ödəyicisinin 10 işçisi var. Aprel ayı üçün onlardan altısının maaşı 600 manat, dördününkü isə 1200 manatdır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən, həmin ay üçün altı nəfər əməkhaqqı həcmində (600 manat), dörd nəfər orta aylıq əmək haqqından yuxarı maaş alan işçilər isə 712 manat maaş alacaq. Dövlət maliyyə dəstəyi muzdlu işçilərə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsinin də vergi ödəyicilərinin bank hesablarına köçürülməsini nəzərdə tutur.

Səbuhi TURAN

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?