18 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Banklar özünüməşğulluq proqramını dəstəkləyir

Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində fəal iş aparılır.

Özünüməşğulluq proqramının icrasına ilkin mərhələdə səkkiz bank - "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Accessbank" QSC, "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "Turanbank" ASC və "Yelo Bank" ASC qoşulub.

Aparılan birgə işlər əhalinin həssas qruplarının (əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, məcburi köçkünlərin, işsiz və işaxtaran şəxslərin və b.) məşğulluğunun artırılması və kiçik sahibkarlıq fəaliyyəti göstərə bilmək imkanlarının dəstəklənməsinə əlavə stimul yaradır.

Bu, eyni zamanda, hazırda koronavirus (COVİD-19) pandemiyasının ölkədə mənfi sosial-iqtisadi təsirlərinin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.

Son günlərdə banklar proqrama cəlb olunmuş vətəndaşlarla müvafiq qrant müqavilələrinin imzalanmasına və onlara əsasən xidmət və istehsalat sahələri üzrə aktivlərin (o cümlədən natura şəklində material, avadanlıq və digər əmlakların) 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq təqdim edilməsinə başlayıblar.

Yaxın dövrdə bu prosesə digər bankların da aktiv qoşulması planlaşdırılır.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?