12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə dəstəyi ilə bağlı qurumlararası məsələlərin əlaqələndirilməsi üzrə İqtisadiyyat Nazirliyində İşçi Qrup yaradılıb

Məlum olduğu kimi, koronavirus (COVİD 2019) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrup yaradılıb. İşçi Qrupa Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?