26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AKİA sədri: Yeni mexanizm fermerlərə 15 min manatadək girovsuz kredit verilməsinə imkan yaradır

Fermerlərin girovsuz kredit almaq imkanı asanlaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyevin sözlərinə görə, yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bununla bağlı açıqlamasında bildirib ki, kənd təsərrüfatı sahəsində çalışan fermerlərin təxminən 80 faizi kiçik və orta ailə-kəndli təsərrüfatlarına aid edilən fermerlərdir. Onların istifadəsində, ümumilikdə, 230 min hektar torpaq sahəsi var. Bu fermerlərin maliyyəyə çıxışı əsasən dövlət tərəfindən onlara ayrılan subsidiyalar, güzəştli kreditlər və müxtəlif banklar tərəfindən təqdim olunan kommersiya kreditləri formasındadır. Ümumi mənzərəyə nəzər yetirdikdə görürük ki, bu sahədə təxminən 60 milyonluq kredit portfeli var və bu kateqoriyadan olan fermerlərə ilindən asılı olaraq 40-45 milyonluq subsidiya verilir. Lakin ümumi mənzərəyə baxdıqda aydın olur ki, fermerlərimizin əlavə olaraq 140 milyonluq vəsaitə ehtiyacı var. Bu ehtiyac yeni yaradılmış maliyyə instrumentləri vasitəsilə maliyyələşdirilə bilər. Məhz bu məqsədlə Prezident tərəfindən çox düzgün qərar verilib və AKİA-nın həm Əsasnaməsinə, həm də vəsaitdən istifadə qaydalarına dəyişiklik olunub.

Mirzə Əliyev deyib: “Ümumilikdə, bu Fərman fermerlərə 15 min manatadək girovsuz mikrokredit vermək mexanizmi formalaşdırmaq imkanı yaradır. Mexanizm özündə orta bazar qiymətlərindən iki dəfə aşağı faiz dərəcəsi ilə mikrokreditlər verilməsini nəzərdə tutur. Mikrokreditlərin maksimal dərəcəsi 12 faiz ola bilər. Əvvəllər bu cür kreditlərin orta müddəti 1-2 il idi, indi isə kreditlərin ödənilməsinin maksimal müddəti 3 ilədək artırılıb. Mexanizmin bir tərəfi bu sahəyə vəsait ayıran dövlət, bir tərəfi mikrokreditlərə tələbatı olan fermerlər, üçüncü tərəfi isə prosesdə iştirak edən banklardır. Banklar üçün bu məhsulu cəlbedici edən əsas istiqamətlərdən biri fermerlərin bank üçün yarada biləcəyi riskləri dövlətin qismən qarşılamasıdır. Banklara ucuz vəsaitə çıxış verilməsi, risklərin dövlət tərəfindən qismən qarşılanması bu məhsulu həm banklar, həm də fermerlərimiz üçün cəlbedici edir. Eyni zamanda, hesab edirik ki, bu mexanizm fermerlərimizin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”.

AKİA sədrinin sözlərinə görə, kənd təsərrüfatının mövsümi fəaliyyət olduğunu nəzərə alaraq, mikrokreditlərin ödənilməsi üçün güzəşt müddətləri də nəzərdə tutulub. “Məhsulun əkildiyi dövrlə yığıldığı dövr arasında müəyyən zaman kəsiyinin olduğunu nəzərə alaraq, mikrokreditlər üçün istiqamətindən asılı olaraq 1 ilə qədər güzəşt müddət də nəzərdə tutulub. Eyni zamanda, sənədləşmədə sürətli keçid mexanizmləri hazırlanıb ki, bu da fermerlərin maliyyəyə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq”, - deyə M.Əliyev əlavə edib.

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?