18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya ilə Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında keçirilən görüşündə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib.

Rusiya ilə Səudiyyə Ərəbistanı neft istehsalının azaldılmasını nəzərdə tutan yeni sövdələşməyə razılıq verib. "OPEC+" üzrə neft hasilatının sutkada 20 milyon barrelədək məhdudlaşdırılması gözlənilir.

Qeyd edək ki, bu həcmin gündəlik 4 milyon barelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.

Xatırladaq ki, icrası bu il martın 31-də başa çatan "Əməkdaşlıq Bəyannaməsi"nin uzadılması istiqamətində aparılan danışıqlar Rusiya və Səudiyyə Ərəbistanının razılığa gələ bilməməsi səbəbindən baş tutmamışdı. Koronavirus və artan tədarük fonunda isə "Brent" markalı xam neftin bir barrelinin qiyməti son 20 ilin minimumuna enərək 22 dollar olmuşdu.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?