6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı pandemiya ilə mübarizəyə vəsait ayıracaq

Dünya Bankı Qrupu inkişaf etməkdə olan ölkələrə pandemiyaya qarşı cavab tədbirlərini gücləndirmək, xəstəliklərə nəzarət səviyyəsini artırmaq, səhiyyə müdaxilələrini yaxşılaşdırmaq, özəl sektorun fəaliyyətini davam etdirməsi və iş yerlərinin saxlanılması üçün geniş və sürətli tədbirlər görür.

Dünya Bankının 2020-ci ilin yazına aid olan İqtisadi Bülletenində verilən açıqlamada bildirilib ki, növbəti 15 ay ərzində yoxsulları və həssas qrupları qorumaq, biznesi dəstəkləmək və iqtisadi bərpaya təkan vermək üçün ölkələrə 160 milyard dollara qədər maliyyə dəstəyi vermək planlaşdırılıb.

“Koronavirus (COVİD-19) pandemiyasının Avropa və Orta Asiyada təsirini azaltmaq üçün səhiyyə sistemlərinə sərmayələri ön plana çəkən və insanlar, xüsusilə ən həssas qruplar üçün sosial müdafiə şəbəkələrini təmin edən qətiyyətli siyasət tədbirləri son dərəcə vacibdir. Əlavə olaraq region ölkələrinin müvəqqəti biznes kreditləri, vergi güzəştləri və ya vergi ödəmələrinin təxirə salınması ilə özəl sektora dəstək verməklə iqtisadi fəaliyyətin davam etdirilməsinə kömək edə biləcəklər. Təsirə məruz qalan kiçik və orta müəssisələr dövlət tərəfindən verilən subsidiyalardan xeyli faydalana bilər”.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller bildirib ki, bu olduqca çətin günlərdə siyasətçilərin qətiyyətli davranması vacibdir: "Bu, səhiyyə sistemlərini və sosial müdafiə şəbəkələrini gücləndirmək, özəl sektoru dəstəkləmək, maliyyə sabitliyi və etimadı qorumaq üçün sürətlə irəliləmək deməkdir – bütün bunlar insanların həyatı üçün vacibdir".

Bülletendə qeyd edilib ki, COVID-19-un iqtisadi təsirlərinin proqnozlarında qeyri-müəyyənlik var. Buna görə də pandemiya nəticəsində reallaşa biləcək artım nəticələrinin spektrini göstərmək üçün simulyasiya modelləri təqdim olunub. Ssenarilər, regional artımın koronavirus pandemiyası nəticəsində 2020-ci ildə -4,4 və -2,8 faiz arasında resessiyaya girəcəyini və 2021-ci ildə siyasət tədbirləri, qlobal əmtəə qiymətlərinin tədricən bərpa olunması və ticarətin güclənməsi sayəsində müsbət trayektoriyaya qayıdacağını nəzərdə tutur.

Dünya Bankının Avropa və Orta Asiya üzrə baş iqtisadçısı Asli Demirgüç-Kunt bildirib: “Sosial məsafələşmə və əsas olmayan müəssisələrin və məktəblərin bağlanması pandemiyanın yayılmasının qarşısını almaq və insan həyatlarını xilas etmək üçün zəruri tədbirlərdir. Eyni zamanda, siyasətlər bu tədbirlərin iqtisadi xərclərini minimuma endirməyə yönəldilməli və pandemiya bitdikdən sonra bərpanın ləng deyil, dərhal baş verməsini təmin etməlidir.

Hesabatda deyilir ki, həssas insanlara və ailələrə kömək üçün pul köçürmələri və ya tibbi yardım üçün subsidiyalar, müvəqqəti biznes kreditləri və müəssisələrə vergi güzəştləri tənəzzülü yumşaltmaq və iş yerlərini qorumaq üçün vacib olacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?