15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

OPEC+ aprelin 9-na planlaşdırılan iclasa ABŞ, Kanada və Britaniyanı da dəvət edib

OPEC katibliyi aralarında ABŞ, Kanada, Norveç, Braziliya və Böyük Britaniyanın da olduğu 36 ölkəni aprelin 9-na nəzərdə tutulan video-müşavirəyə dəvət edib.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, dəvət olunan ölkələr dörd qrupa bölünüb: OPEC üzvləri, kartelə daxil olmayan, lakin OPEC+ sazişində iştirak edən ölkələr, müşahidəçi dövlətlər, həmçinin əvvəllər OPEC-lə əməkdaşlıq etməyən ölkələr. Sonuncu qrupa ümumilikdə 10 ölkə daxildir: Kanada, Argentina, Braziliya, Kolumbiya, Misir, İndoneziya, Norveç, ABŞ, Böyük Britaniya, Trinidad və Tobaqo. Bu siyahıdakı yalnız üç ölkə - Kanada, ABŞ və Birləşmiş Krallıq hələlik öz iştiraklarını təsdiqləməyib.

Xatırladaq ki, OPEC+ ölkələrinin neft hasilatının azaldılması ilə bağlı sazişi 2020-cin il martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb. Martın sonlarında tərəfdaşlar məsləhətləşmələri bərpa etmək və G20 ölkələrinin digər hasilatçılarını da birgə fəaliyyətə cəlb etmək barədə qərar qəbul edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?