17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
"İslahat icmalı" koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr edilib

"İslahat icmalı" koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün hazırlanan Tədbirlər Planına həsr edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı” Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər Planına həsr olunub.

İİTKM-dən bildirilib ki, icmalda tədbirlər planının 3 əsas istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinə dəstək proqramları detallı şəkildə infoqrafik təsvirlərlə təqdim edilib.
Qeyd edək ki, yaxın dövrdə pandemiyanın ölkə iqtisadiyyatina mənfi təsirlərinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçiriləcək. “İslahat icmalı”nda iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri olan maliyyə dəstək proqramları punktlar və rəqəmlərlə göstərilib:

• Muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üzrə maliyyə dəstəyi proqramı. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramı

• Sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı

• Yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı

• Mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı

• Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket

• Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsilhaqqı xərclərinin ödənilməsinə dəstək proqramı

• İpoteka və kredit-zəmanət mexanizminə maliyyə dəstəyi proqramı

• Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramı

• Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək proqramı

İcmalda infoqrafikalar vasitəsilə hər bir proqram üzrə dövlətdən ayrılan maliyyə yardımının həcmi, aid olunduğu sahələr, eləcə də qaydalar izah olunub. “İslahat icmalı” ilə “iqtisadiislahat.org” saytında “İcmallar” bölməsindən tanış olmaq mümkündür.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?