24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Asiya İnkişaf Bankı: 2021-ci ildə Azərbaycanda iqtisadi artım 1,5 faizədək yüksələcək

İqtisadi şaxələndirmə imkanlarının tam qərarlaşmadığı bir vəziyyətdə Azərbaycanın inkişaf perspektivlərinin yaxın dövrdə neft qiymətlərinə bağlılığı davam edəcək. COVID-19 yeni növ koronavirus pandemiyası fonunda neft qiymətlərinin aşağı düşməsi 2020-ci ildə iqtisadi artım tempinin 0,5 faizədək enməsinə səbəb olacaq.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında deyilir.

Məlumata görə, qiymətlərin bərpası ilə neft-qaz hasilatının yüksəlişi hesabına 2021-ci ildə iqtisadi artımın 1,5 faizədək yüksələcəyi proqnozlaşdırılır. Sənayedə bu il 0,5 faiz, 2021-ci ildə isə 2 faiz səviyyəsində artımın karbohidrogen sənayesinin göstəricilərinin güclənməsindən, xüsusilə də təbii qazın Türkiyədən İtaliyaya nəqli üçün TAP kəmərinin 2020-ci ildə tamamlanması ilə "Şahdəniz-2" qaz yatağının hasilat həcminin artımından qaynaqlanacağı gözlənilir. Kənd təsərrüfatında artım tempinin 2020-ci ildə 4,5 faizədək, 2021-ci ildə isə 4 faizədək azalacağı nəzərdə tutulur. Eyni zamanda, gübrə və toxum idxalının subsidiyalaşdırılmasının davam etdirilməsinin iqtisadi səmərəliliyi daha yüksək olan taxıl növlərinin istehsalını dəstəkləyəcəyi ehtimal olunur. COVID-19 pandemiyasının turizm və pərakəndə ticarət sahələrinə təsirli zərbə vurması zəminində 2020-ci ildə xidmətlər sahəsində artım tempinin zəif olacağı, 2021-ci ildə iqtisadi vəziyyətin yaxşılaşması şəraitində bu sektorlarda artım tempinin 1 faizə çatacağı gözlənilir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?