13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Pandemiyanın ziyan vurduğu sahibkarların kredit ödənişlərinə dəstək göstəriləcək

Pandemiyanın ziyan vurduğu sahibkarların kredit ödənişlərinə dəstək göstəriləcək

Koronavirus pandemiyasının sahibkarlara vurduğu ziyanı minimallaşdırmaq məqsədilə iki dəstək proqramı həyata keçiriləcək

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov qeyd edib ki, hökumət tərəfindən artıq ümumilikdə on proqram hazırlanıb: "Bu proqramların mahiyyəti ondan ibarətdir ki, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən, iş yerlərini itirən insanlara maddi dəstək göstərilsin. Sahibkarlıq subyektlərinə də dövlət öz dəstəyini göstərəcək. Biznesə göstəriləcək ilk dəstək proqramı çərçivəsində 10 mart tarixinə qədər kredit almış sahibkarların 1 milyard manatlıq portfeli üçün faizlərin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına ödəniləcək. Burada zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və kredit öhdəliyini vaxtlı-vaxtında yerinə yetirən sahibkarlara xüsusi diqqət göstəriləcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir. Bu, əsasən iqtisadiyyatın real sektoruna nəzərdə tutulan kreditlərdir. Burada da məsələnin mahiyyəti ondan ibarətdir ki, verilən kreditlər üzrə ümumi kredit portfeli 500 milyon manat olmaqla dövlət bu kreditlərin 60 faizinə zəmanət verəcək. Beləliklə, zəmanət verilən kreditlərin məbləği 300 milyon manat təşkil edir. Bu kreditlərin illik faiz dərəcəsi 15 faizdən çox olmamalıdır. Kreditin müddəti isə 3 ilə qədər olmalıdır. Burda da yenə faizlərin yarı hissəsini subsidiyalaşdırmağı dövlət öz üzərinə götürür. Bütün bu təxirəsalınmaz tədbirlər zərərçəkmiş sahələrdə biznes subyektlərinin qorunmasını və bundan sonra da həm bankların likvidliyinin saxlanılması ilə bağlı, həm də real sektorda yeni istehsal, emal və digər sahələrin yaradılması ilə bağlı layihələrin maliyyələşdirilməsini ehtiva edir".

Səbuhi TURAN

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?