5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İki ayda qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb

Yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın mart sayında bildirilir ki, iki ayda ölkəmizin ixracının dəyəri 3,2 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin müvafiq dövrünə nisbətən 97 milyon dollar və ya 3,1 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 296 milyon dollarlıq ixrac reallaşdırılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral aylarında qeyri-neft sektoru üzrə ixrac 14,2 milyon dollar və ya 5 faiz artıb.

İki ayda Rusiyaya 88 milyon, Türkiyəyə 75,3 milyon, Gürcüstana 34,9 milyon, İsveçrəyə 28,8 milyon və Çinə 7,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 7,4 faiz, Türkiyəyə 18,5 faiz, İsveçrəyə 40 faiz və Çinə 19,9 faiz artıb.

Yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında isə pambıq mahlıcı (29,2 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 27,3 milyon dollar) ikinci və pomidor (24,7 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə, iki ayda meyvə-tərəvəz ixracı 75,6 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 29,9 milyon, alüminium və ondan hazırlanan məmulatların 15,5 milyon, pambıq lifinin 30,4 milyon, kimya sənayesi məhsullarının 13,9 milyon, elektrik enerjisinin 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların 8,3 milyon, pambıq ipliyinin 6,3 milyon, şəkərin 2,1 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin fevralında isə qeyri-neft sektoru üzrə ixrac 155 milyon dollar təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 11 milyon dollar və ya 8 faiz artıb. Cari ilin fevralında qeyri-neft-qaz məhsulları ən çox Türkiyəyə (42,2 milyon dollar), Rusiyaya (39,8 milyon dollar), Gürcüstana (26,4 milyon dollar), İsveçrəyə (11,8 milyon dollar) və İrana (4,2 milyon dollar) ixrac edilib.

Fevralda qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon dollar) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələri (11,5 milyon dollar) ikinci, tomat (pomidor 11,5 milyon dollar) üçüncü yerdə qərarlaşıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?