7 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Koronavirusun məktəbəqədər təhsil, hazırlıq kursları və idman-sağlamlıq sektorlarına təsirinə dair müzakirələr aparılıb

Koronavirus (COVID-19) pandemiyasının özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına, idman-sağlamlıq sektoruna təsirinin öyrənilməsi məqsədilə bu sahələrdə fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyinin videokonfrans formatında təşkil etdiyi müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ilə əlaqədar bu sahələrdə fəaliyyət göstərən sahibkarların da neqativ təsirlərlə qarşılaşdığı qeyd edilib, təsirlərin minimuma endirilməsi yolları müzakirə edilib.

Sahibkarlara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, təkliflərin hazırlandığı və Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupda müzakirə ediləcəyi bildirilib.

Müzakirələrdə hazırkı şəraitdə sosial məsuliyyətin daha da artırılmasının önəmi bir daha özəl sektor nümayəndələrinin diqqətinə çatdırılıb, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?