19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan dövlətinin sahibkarlığa dəstək tədbirləri gücləndirilir

Koronavirusun qlobal miqyası genişləndikcə həm dünya üzrə iqtisadi artım tempinin, həm də strateji məhsulların, o cümlədən neftin qiymətinin kəskin azalması müşahidə olunur.

Millət vəkili Vüqar Bayramov bildirib ki, əhalinin sağlamlığının, eləcə də təhlükəsizliyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqinin və əhalinin sosial təcrid olunmasının ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirləri hiss olunmaqdadır. Lakin, paralel olaraq, Azərbaycan dövlətinin iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik olması fonunda sahibkarlığa dəstək tədbirləri gücləndirilir.

Prezident İlham Əliyevin sərəncamı ilə 1 milyard manat vəsaitin ayrılması sahibkarlara dəstəyin gücləndirilməsi üçün yeni imkanlar yaradır. İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi ümumilikdə 12 fəaliyyət sahəsinin müəyyən edilməsi ayrılan vəsaitdən səmərəli və şəffaf istifadənin təmin olunmasına zəmin yaradır.

Vüqar Bayramov bildirib ki, sahibkarların gözləntisi və reaksiyası başadüşüləndir və hökumət vergi güzəştləri və tətillərinin tətbiqini müzakirə etməklə yanaşı, sahibkarlığın, xüsusilə KOB-ların kreditləşdirilməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünüməşğulluq proqramının genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri reallaşdırır: "Hazırkı dövrdə sahibkarların sosial məsuliyyətinin daha da artırılması ilə yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosial fəallıq nümayiş etdirən biznes nümayəndələrinə üstünlük verilməsi də zəruridir".

V.Bayramov deyib ki, sahibkarlıq və istehlak krediti müştərilərinin kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə yanaşı, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi daha da aktualdır.

Millət vəkili sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq iş yerlərini ixtisar etməməyə çağırıb. Bildirib ki, koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsini və bütövlükdə həmrəylik nümayiş etdirməsini zərurətə çevirib. Belə həssas dövrdə sahibkarların sosial öhdəliklərinə əməl etmələri çox vacibdir: "Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, biz birlikdə daha da güclüyük".

Fəxriyyə İKRAMQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?