13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi və gömrük sistemində daha böyük nailiyyətlər gözlənilir

Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Son bir ildə ölkə iqtisadiyyatında baş verən dəyişiklikləri şərh edən millət vəkili vurğulayıb ki, hazırda həyata keçirilən islahatlar, xüsusən də son struktur dəyişiklikləri fonunda Azərbaycanın bundan sonrakı iqtisadi potensialının necə formalaşacağı barədə aydın təsəvvürlər formalaşıb.

Z.Səmədzadə qeyd edib ki, istehsal və xidmət sahələrinin stimullaşdırılması, vergi və gömrük sistemində şəffaflaşma istiqamətində həyata keçirilən islahatlar nəticəsində qarşıdakı illərdə daha böyük nailiyyətlər gözlənilir: "Hökumət strukturları həyata keçirilən islahatlara uyğun olaraq, ölkə başçısının tapşırıqları əsasında bürokratik əngəllərin aradan qaldırılmasına, sahibakarlara dəstək olmağa və sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına çalışır. Bu istiqamətdə aparılan islahatlar istehsal və xidmət sahələrinin inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin gəlirlərinin daha da artması üçün çox geniş imkanlar açır".


Elxan SALAHOV

VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur?