19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, yaxın perspektivdə Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir.

Dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronavirus pandemiyasının sürətlə yayılması bütün milli iqtisadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib. Biz bunu günbəgün hiss edirik. Nəzərə almaq lazımdır ki, mövcud xarici iqtisadi şoklara adaptasiya olunmaq, onların nəticəsində milli iqtisadiyyatın dayanıqlığını qorumaq kifayət qədər mürəkkəb prosesdir. Hesab edirəm ki, bu prosesdən yalnız yeni formatda iqtisadi idarəetmə sisteminin qurulması ilə dayanıqlı şəkildə çıxmaq mümkündür.

Milli iqtisadiyyatlarda dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi qüvvədə olan ölkələrdə proseslərə adekvat reaksiyanın verilməsi daha effektiv şəkildə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda da iqtisadi idarəetmə sistemi yeni formatda təşkil olunacaq.

Ölkə başçısı tərəfindən ötən ildən başlayaraq sosialyönümlü tədbirlərin həyata keçirilməsi, sosial paketin əhatəsinin böyüməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi, fiskal yükün yüngülləşdirilməsi ilə bağlı qərarlar, vergi manevri yeni yanaşmaya hazırlıq mərhələsi idi. Bu gün görürük ki, hadisələr sürətlənib və bu ağır iqtisadi konyukturda, şübhəsiz ki, dövlətin iqtisadiyyatda iştirakı xeyli dərəcədə çoxalmalıdır.

Qeyd edək ki, bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu, həmçinin İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas məqsədi xarici iqtisadi şokların yumşaldılması və effektiv idarəetmə formatının tapılmasıdır. İndiki vəziyyətdə dövlət, ilk növbədə, əhalinin geniş təbəqələrinin sosial müdafiəsini təmin etməlidir. Burada maliyyə resurslarının ayrılması vacibdir. Ancaq yanaşmalar yalnız maliyyə resurslarının ayrılması ilə məhdudlaşmamalıdır, həm də adekvat qaydada yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların inkişafının stimullaşdırılması, əmək resuslarının lazımi istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı büdcə-vergi siyasətində, həm sosial müdafiə sisteminin gücləndirilməsində, həm pul-kredit siyasətində, həm də xarici ticarətdə öz əksini tapacaq. Xüsusilə, vergi güzəştlərinin tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində çevik siyasətin yeridilməsi zəruridir. Lakin, vergi güzəştləri və ya vergi tətilləri tətbiq olunarkən fəaliyyətini şəffaf quran, bir müddətdir müvafiq dövlət qurumlarının sahibkarlara qarşılıqlı etimadla bağlı ünvanlandığı müraciətlərə adekvat cavab verən vergi ödəyiciləri nəzərə alınmalı, onlar dövlətin qayğısı altında olmalıdırlar.

Bunlarla yanaşı, qısa müddətdə ölkədən kapital çıxışı ilə bağlı mənfi halların qarşısı alınmalı, valyuta bazarında möhtəkirliklə məşğul olan şəxslərin fəaliyyəti məhdudlaşdırılmalıdır. Müəyyən istiqamətlərdə valyuta məhdudiyyətlərinin tətbiqi olduqca zəruridir.

Bütün bu tədbirlər bütövlükdə idarəetmə modelinin tamamilə yeni əsaslarla qurulmasını ehtiva edir və ümidvaram ki, yaxınmüddətli perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqinin şahidi olacağıq.

Fərqanə ALLAHVERDİQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?