26 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron ticarətə tələb artıb

Koronavirusdan qorunmaq üçün insanların sıx toplaşdığı yerlərə, o cümlədən marketlərə, ticarət mərkəzlərinə ehtiyac olmadıqca getməmək, nağd puldan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Belə bir vəziyyətdə evdən çıxmadan, sadəcə onlayn yolla ehtiyacımız olan məhsulları əldə edə bilərikmi?

Koronavirus epidemiyasının yayılması elektron ticarətin əhəmiyyətini bir daha önə çıxardı. Lakin hazırda ölkəmizdə heç də bütün xidmət və məhsulların onlayn satışı həyata keçirilmir. Elektron ticarət üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, xüsusilə ərzaq məhsullarının onlayn satışı ilə bağlı ciddi boşluqlar var: "İstər startaplarımız, istərsə də supermarketlərimiz bu boşluğu doldurmağa çalışmalıdır. Hazırda buna böyük ehtiyac duyulur. Digər bir məsələ də çatdırılma xidməti ilə bağlıdır.

Supermarket alış-verişi elədir ki, sifariş olunan məhsul ən geci 30-40 dəqiqə ərzində ünvana çatdırılmalıdır. Bunun üçün ucuz qiymətə çatdırılma, kuryer xidməti göstərən logistika şirkətlərinin yeri görünür. Lakin hazırda bu sahə ilə bağlı da çatışmazlıqlar mövcuddur. Əgər çatdırma xidməti göstərən kiçik şirkətlər yaradılsa, onlar supermarketlərlə əməkdaşlıq qura bilərlər".

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, ərzaq məhsullarından fərqli olaraq elektronika mallarının, dərman, geyim, kosmetika və bijuteriya məhsullarının onlayn satışı geniş yayılıb. Bundan başqa, kredit borcunun ödənilməsindən tutmuş, mobil telefonun balansının artırılması və kommunal xidmət haqqına kimi bir sıra ödənişlərin də onlayn həyata keçirilməsi mümkündür:

"Uzun illər formalaşan vərdişlərimiz var, məsələn, dövlət qurumlarından bir xidmət almaq üçün həmin qurumun ofisinə gedirik, bank əməliyyatları üçün bankın filialına üz tuturuq, hansısa bir ödənişdən ötrü terminala gedirik... Halbuki bütün bu xidmətlər alternativ olaraq elektron formada da təklif olunur. İndiki halda, vətəndaşlara elektron xidmətlərə üstünlük verməyi, ofislərə, banklara getməkdən imkan daxilində yayınmağı tövsiyə edirəm".

Səbuhi TURAN

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?