24 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özünüməşğulluq proqramında iştirak edən 5 min ailə gələn il Dünya Bankının layihəsi ilə maliyyələşdiriləcək

Hazırda özünüməşğulluq proqramı ilə əlaqədar 50 minə yaxın müraciət var. Həmin proqramın həyata keçirilməsi zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, məcburi köçkünlər, ailəsində şəhid və əlil olanlara üstünlük verilir. Əgər 2017-ci ildə bu proqram 1500 ailəni əhatə etmişdisə, 2018-ci ildə 7 min, 2019-cu ildə 10 min ailəni əhatə edib. Bu il isə proqramın 11 min nəfəri əhatə etməsi hədəfə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən özünüməşğulluq proqramının gedişi barədə məlumat verərkən həmin statistikanı açıqlayıb.

Nazir proqrama beynəlxalq təşkilatların cəlb edilməsi, Dünya Bankı ilə aparılan müzakirələrin yekunu barədə də məlumat verib: "Müqavilə layihəsi artıq yekun olaraq razılaşdırılıb və martın sonunda Dünya Bankının Direktorlar Şurasının təsdiqinə təqdim ediləcəkdir. Biz Dünya Bankının prosedurlarını nəzərə alaraq düşünürük ki, müqavilə may, yaxud iyun ayına qədər imzalanacaq. Lakin buna baxmayaraq, biz hazırlıq işlərini davam etdiririk. Artıq layihə icra qrupu da formalaşdırılıb və hazırlıq tədbirlərinə tam şəkildə başlanılıbdır. Bu il Dünya Bankının layihəsi çərçivəsində ən azı min ailənin maliyyələşdirilməsini planlaşdırırıq. Növbəti ildən artıq 5 min ailə Dünya Bankının layihəsi ilə maliyyələşəcəkdir. "Biz BMT-nin İnkişaf Proqramı ilə 500 ailənin özünüməşğulluğunun təşkil edilməsi üzərində iş aparırıq. Artıq onlar bütün təlimləri keçiblər, bu ildən aktivlərlə təmin olunacaqlar. BMT-nin İnkişaf Proqramının verdiyi yeni təcrübəni, yeni yanaşmanı biz digər layihələrimizdə də tətbiq edəcəyik. Paralel olaraq, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə biz "Sosial bağlar" layihəsi çərçivəsində hər il 250 ailəni də özünüməşğulluq proqramı vasitəsilə maliyyələşdiririk. Hər il 250 ailə üçün təqribən bir hektar ərazidə bağ salınıb ki, onların da davamlı gəlirliliyi təmin olunsun".

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”