13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüsal Qasımlı: "Özəl sektor mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır"

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin fəaliyyəti barədə açıqlama verib.

Neft bazarında qiymətlərin "çökməsi" və koronavirusun təsirindən yaranmış qlobal böhranın Azərbaycana olan təsirlərini azaltmaq üçün Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökuməti əsas siyasət istiqamətlərini müəyyənləşdirib. Bu mənada hökumətin tədbirlərini iki qrupda təsnifləşdirmək olar. Birincisi, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ikincisi isə, qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin azaldılmasıdır. İlk növbədə Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir. Nazirlər Kabineti bunun üçün Tədbirlər Planı təsdiq edib, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərilir. İqtisadi tədbirlərin başında isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir.

Əmanətlərin tam sığortalanması məsələsi də yaxın günlərdə həllini tapacaqdır. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satılıb. Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib.

Xüsusilə, sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcəkdir. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Cənab Prezidentin tövsiyəsinə uyğun olaraq özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir.

Xüsusən, neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir. İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq. Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcəkdir. Hökumətin antiböhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?