28 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uğurlu biznes asan qeydiyyat prosesindən başlayır

Biznesə başlamaq üçün maliyyə xərcləri və sənədlərin sayı sıfıra enir

Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə həyata keçirilən islahatlar çərçivəsində qeydiyyat və uçot sisteminin daha da təkmilləşdirilməsinə xüsusi önəm verilir.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov qeyd edib ki, əsas məqsəd ilkin qeydiyyatla bağlı müraciət edən sahibkarların daha rahat fəaliyyətə başlamasını stimullaşdırmaq üçün çevik və keyfiyyətli iş mexanizmlərinin qurulmasıdır. Yenicə icrasına başlanılan "Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" layihəsi də məhz buna xidmət edir.

Layihə biznesə başlama prosedurlarının sadələşdirilməsini, vaxta qənaət edilməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını və şəffaflığın təmin olunmasını, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsini, vətəndaş məmnunluğunun artırılmasını nəzərdə tutur. Bu hədəflərə çatmaq üçün qeydiyyat prosesinin tam olaraq onlayn qaydada aparılması, elektron sistemin sadələşdirilməsi, bütün proseslərin cəmi bir prosedurla əvəz edilməsi, qeydiyyat məlumatlarının elektron rejimdə digər dövlət qurumlarına ötürülməsi təmin olunur. Bunun üçün FIN-kod vasitəsilə dövlət qeydiyyatının aparılması, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla həyata keçiriləcək.

Əsas məqsəd ilkin qeydiyyatla bağlı müraciət edən sahibkarların daha rahat fəaliyyətə
başlamasını stimullaşdırmaq üçün çevik və keyfiyyətli iş mexanizmlərinin qurulmasıdır

Yeni sistem əmək müqavilələri barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə e-imza tələb olunmadan qeydiyyat zamanı elektron ötürülməsinə, dövlət qeydiyyatı şəhadətnaməsinin barkodla çap edilməsinə, qeydiyyat sənədlərinin (şəhadətnamə, nizamnamə və reyestrdən çıxarış) elektron dövriyyəsinə, yerli investisiyalı MMC-nin dövlət qeydiyyatının maksimum elektronlaşdırılmasına imkan verir.

"Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" layihəsinin tətbiqi əvvəllər mövcud olmuş bir neçə prosedurun aradan qaldırılmasına şərait yaradır. Bundan sonra MMC-nin elektron qeydiyyatı məqsədilə "ASAN imza" sertifikatının əldə edilməsinə ehtiyac qalmır, həmin prosedura sərf olunan 1 günlük vaxt və 90 manat xərc ləğv edilir. Həmçinin, Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi vasitəsilə MMC-nin qeydiyyatı üçün ərizə ilə müraciət olunması tələbi və bunun üçün müəyyən edilmiş 2 günlük vaxt da aradan qaldırılır. Nəhayət, əvvəllər müəssisənin fəaliyyətə başlaması üçün işəgötürənin əmək müqaviləsi bildirişlərinin "Elektron hökumət" portalı üzərindən qeydiyyata alınması tələb edilirdi ki, bu da təxminən yarım gün vaxt aparırdı. Qeydiyyat sistemində tətbiq edilən yeni qaydalarla bu prosedur da ləğv edilib.

Elxan SALAHOV

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?