22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Kənd təsərrüfatının kreditləşdirilməsi məsələləri müzakirə olunub

Kənd təsərrüfatının kreditləşdirilməsi məsələləri müzakirə olunub

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, eləcə də "Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər" ilə bağlı müşavirədə rayon və kənd yerlərində maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, xüsusilə girov təminatı ilə bağlı problemin həlli və güzəştli kreditlərin artırılmasına dair tapşırıqlar verib.

Bu tapşırıqların təmin edilməsi üçün AMB-də Kənd Təsərrüfatı Nazirliyi, o cümlədən Aqrar Kredit və İnkişaf Agentliyi, həmçinin Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Banklar Assosiasiyasının rəhbərləri ilə görüş keçirilib. Görüşdə qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılıb, kənd təsərrüfatı sahibkarlarının, xüsusən kiçik aqrobiznesin maliyyə xidmətlərinə çıxış imkanları, xüsusilə də onların güzəştli kredit resurslarından faydalanması, onlara girovsuz və ya daşınar əmlakın girov qoyulması ilə kreditlərin verilməsi, bütövlükdə daşınmaz əmlakın girovu mexanizminin təkmilləşdirilməsi, bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, girovda olan daşınmaz əmlakın bazarının aktivləşdirilməsi, eləcə də kreditlərin zəmanət mexanizminin yaxşılaşdırılması məsələlərinə diqqət yetirilib.

Görüşdə, həmçinin kənd təsərrüfatı subyektlərinin hesabatlılığının və şəffaflığının artırılması, o cümlədən ailə-fermer təsərrüfatlarının bələdiyyə orqanları tərəfindən qeydiyyatı, onların kooperasiyalaşması, pilot olaraq müəyyənləşdirilmiş kənddə başlanılmaqla ixtisaslaşmış kredit ittifaqlarının yaradılması imkanları da nəzərdən keçirilib. Qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq aqrar bankın yaradılması imkanlarına baxılması, eləcə də mümkün yeni maliyyələşmə alətlərinin tətbiqi, o cümlədən çeklə hesablaşma, faktorinq, lizinq imkanlarının genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib.

Görüşün sonunda kənd təsərrüfatının, kənd yerlərinin və fermerlərin maliyyələşdirilməsi mexanizminin araşdırılması məqsədilə Mərkəzi Bankın və Kənd Təsərrüfatı Nazirliyinin birgə iştirakı ilə Layihə Qrupunun yaradılması barədə razılığa gəlinib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?